XƏBƏRLƏR / Münaqişə

Tramp Meksikaya tarifləri bir ay müddətinə dayandırıb

Bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib

Tramp Meksikaya tarifləri bir ay müddətinə dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Meksikaya tarifləri bir ay müddətinə dayandırıb.

    Bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.

    O, ABŞ Prezidenti Donald Trampla telefonla danışdığını və tarifləri bir ay müddətinə dayandırmaq barədə razılığa gəldiyini bildirib.

    Şeynbaum qeyd edib ki, hər iki tərəf təhlükəsizlik və ticarətlə bağlı da razılıq əldə edib. O, Meksikanın narkotik qaçaqmalçılığını dayandırmaq üçün dərhal ABŞ sərhədinə 10 min milli qvardiya əsgəri yerləşdirəcəyini də açıqlayıb.