Qəzza zolağında girovların təhvil verilməsinə başlanılıb
Bu barədə Əl-Cəzirə telakanalı xəbər verir

Qəzza zolağının cənubundakı Xan Yunesdə girovların köçürülməsinə başlanılıb
Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində bu gün daha üç israilli girov azad ediləcək. Mümkündür ki, təkcə üç canlı girov deyil, ölənlərin cəsədləri də İsrailə verilsin.
HƏMAS hökumətinin Əsirlərlə İş üzrə İdarəsinin sözçüsü Nahed əl-Faxurinin sözlərinə görə, bu gün 183 fələstinli məhbus azad ediləcək, onlardan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzası çəkir, 111-i isə oktyabrın 7-dən sonra həbs edilib.