XƏBƏRLƏR / Münaqişə

Moskvada erməni batalyonunun yaradıcısı partladıldı

Partlayış nəticəsində ölən şəxsin Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur

Moskvada erməni batalyonunun yaradıcısı partladıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (ERrməni BATalyonu - ANSPress) batalyonunun yaradıcısı, qondarma "Donetsk Xalq Respublikasının" (Ukraynanın Donetsk vilayəti - ANSPress) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.

    Bu barədə yerli teleqram kanalları məlumat yayıb.


    Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.