Qazaxıstanda kütləvi etirazlar genişlənir
Etirazlara səbəb Janozendən Astanaya şıkayətə gələn neftçilərin həbs edilməsi olub
Janaozendə toplaşanlar arasında təkcə kişilər deyil, qadınlar, qocalar və uşaqlar da var. İnsanlar meydanları tərk etmirlər.
Yaşlı qadın Astanada saxlanılan işçilərin azad edilməsi xahişi ilə hakimiyyət orqanlarına müraciət edib. O, bildirib ki, sakinlər həmyerliləri ilə necə rəftar edildiyini sadəcə seyr etməyəcəklər.
Janaozendə internet yoxdur və telefon əlaqəsi zəifdir.
Janaozendən 142 kilometr aralıda yerləşən Aktauda onlar mümkün iğtişaşlara hazırlaşırlar.
Janozendə isə yerli əhalinin dağılışmaq fikiri yoxdur. Əksinə, mərkəzi meydana daha çox insan cəlb olunur. Yerli fəallar 1000-2000 nəfərin olduğunu bildirirlər, hələlik polis məlumatı yoxdur.