İsrail Qəzzada yenə yerüstü hücuma başlayıb
Bundan əvvəl İsrail ordusu ərazini həftələrlə bombalayıb

Amerikanın "Axios" nəşri mənbələrə və İsrail və Ərəb KİV-lərinə istinadən xəbər verir ki, İsrail ordusu həftələrdir davam edən bombardman və hava hücumlarından sonra çərşənbə axşamı gecəsi Qəzza şəhərinə hücuma başlayıb.
Qeyd olunur ki, yerli vaxtla sentyabrın 15-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinə qarşı kütləvi hava hücumları həyata keçirib.
"Axios" qeyd edir ki, əməliyyat ABŞ dövlət katibi Marko Rubionun İsrail liderləri ilə görüşündən bir neçə saat sonra başlayıb. Nəşrə danışan iki İsrail rəsmisinin sözlərinə görə, Rubio İsrailin Baş naziri Benyamin Netanyahuya Vaşinqtonun quru əməliyyatını dəstəklədiyini, lakin bunun tez bir zamanda həyata keçirilməsini və mümkün qədər tez bitməsini istədiyini deyib. Jurnalistlər həmsöhbətlərindən birinə sitat gətirirlər: “Rubio quru əməliyyatına əyləc basmadı”.