İsrailin Dohaya zərbəsindən "sağ qalan" Həmad danışdı
Həmad: Amerika təklifini nəzərdən keçirməyə başladıqdan bir saat keçməmiş güclü partlayışlar eşitdik

Qətərə hücumdan zamanı "sağ qalan" HƏMAS Siyasi Büro üzvünün ilk şərhləri:
"Amerikalılara heç bir inam yoxdur. Mən onlarla hər dəfə əlaqə saxlayanda, bu və ya digər şəkildə aydın olur ki, onlar işğalla danışıqlar apararkən verdikləri sözə əməl etmirlər və təkliflərinin şərtlərini dəyişmirlər. Tramp onlara Qətərə hücum etməyə icazə verib", - İsrailin Dohaya zərbəsindən "sağ qalan" HƏMAS Siyasi Bürosunun üzvü Həmad deyib.
"Biz görüşdə idik, lakin aldığımız Amerika təklifini nəzərdən keçirməyə başladıqdan bir saat keçməmiş güclü partlayışlar eşitdik və bunun İsrailin hücumu olduğunu anladığımız üçün dərhal ərazini tərk etdik. Atışmalar çox intensiv idi, vəziyyət çox ağır idi, 12-yə yaxın raket bir-birinin ardınca uçurdu", - o əlavə edib.