Azərbaycandan Qarabağdakı erməni əhaliyə növbəti xəbərdarlıq
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb
Azərbaycandan Qarabağdakı erməni əhaliyə növbəti xəbərdarlıq:
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”.
Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.