İsrail Yəmənin Hüdeyda limanına havadan zərbələr endirib
Bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir

Yəməndəki husilərə aid hərbi obyektlərə zərbələr endirilir.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəmənin Hüdeyda limanında husilərə məxsus hərbi infrastruktur obyektinə zərbə endirib.
Qeyd edilib ki, “Hüdeyda limanı husilər tərəfindən İran rejimi tərəfindən təmin edilən silahların ötürülməsi, İsrail dövlətinə və onun müttəfiqlərinə qarşı hücumlar həyata keçirmək üçün istifadə olunur”.
Diqqətə çatdırılıb ki, hücum husilərin İsrail dövlətinə dəfələrlə hücumlarına, o cümlədən İsrail Dövləti istiqamətində pilotsuz uçuş aparatlarının və "yer-yer" sinifli raketlərin atılmasına cavab olaraq edilib.
“Husi terror rejimi İsrail dövlətinə və müttəfiqlərinə zərər vermək üçün İran rejiminin rəhbərliyi və maliyyəsi altında fəaliyyət göstərir. Terror rejimi güc nümayiş etdirmək və dünya dəniz və ticarət yollarına qarşı terror fəaliyyətlərini həyata keçirmək üçün dəniz məkanından istifadə edir. İsrail Müdafiə Qüvvələri husi terror rejiminin İsrail Dövlətinə qarşı təkrar hücumlarına qətiyyətlə qarşı çıxmağa davam edəcək”, - məlumatda deyilir.