XƏBƏRLƏR / Münaqişə

İsrail ordusu Qəzzada genişmiqyaslı əməliyyat keçirir

Bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib

İsrail ordusu Qəzzada genişmiqyaslı əməliyyat keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail ordusu Qəzzada genişmiqyaslı əməliyyata başladığını təsdiqləyib

    İsrail ordusunun mətbuat xidməti Qəzzada şəhəri ələ keçirmək üçün “Gideonun arabası 2” çərçivəsində genişmiqyaslı quru əməliyyatına başladığını bildirib. Qeyd olunur ki, Qəzzaya daxil olan İsrail ordusunun 92-ci diviziyasının atəş himayəsi zamanı onlarla obyekt, o cümlədən hərbi binalar, müşahidə məntəqələri və minalanmış tikililər məhv edilib.

    Bu gün səhər saatlarında İsrail ordusunun sözçüsü Defrin bu əməliyyatın bir neçə ay davam edəcəyini bildirib. Eyni zamanda o qeyd edib ki, paralel olaraq şəhər sakinlərinin təxliyyəsi davam edir və 350 mindən çox insan oranı tərk edib.