XƏBƏRLƏR / Münaqişə

Ekvador xüsusi təyinatlıları Meksika səfirliyinə basqın edib

Məqsəd səfirlikdə gizlənən Ekvadorun keçmiş vitse-prezidentini həbs etmək olub, Meksika etiraz edir

Ekvador xüsusi təyinatlıları Meksika səfirliyinə basqın edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ekvador xüsusi təyinatlıları dünən axşam saatlarında Meksika səfirliyinə basqın edərək, orada gizlənən keçmiş vitse-prezidenti saxlayıblar. Yaralılar var.

    Meksika Xarici İşlər Nazirliyi Ekvadorla diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.\

    Meksika hökuməti Ekvador hakimiyyətinin - medianın hərəkətlərini pisləmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək niyyətindədir.