XƏBƏRLƏR / Münaqişə

Ermənilər Naxçıvanı atəşə tutdu

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib

Ermənilər Naxçıvanı atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.