XƏBƏRLƏR / Münaqişə

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

Bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib

Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər.

    Qərb mətbuatı xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib.

    Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib.

    “Cümə axşamı harada olacağımı bilmirəm. O qədər görüşlərim var ki. Amma faydalı olacağına əmin olsam, getməyim də bir ehtimaldır”, - o deyib.

    Amerika lideri, həmçinin Rusiya tərəfinin Ukrayna ilə 30 günlük atəşkəs şərtləri ilə bağlı razılaşacağına inandığını vurğulayıb.