İsrail İranı elektromaqnit impuls silahı ilə vura bilər
Bu barədə “Maariv” təhlükəsizlik və müdafiə üzrə ekspertə istinadən məlumat yayıb

İran yaxın bir neçə gün ərzində İsrailə hücum edərsə, Tel-Əviv ona qarşı elektromaqnit impuls silahlarından istifadə edə bilər.
Bu barədə “Maariv” təhlükəsizlik və müdafiə üzrə ekspertə istinadən məlumat yayıb.
Qeyd olunur ki, elektromaqnit bombasının (E-bomba) özü bütün elektron cihazları sıradan çıxara bilən elektromaqnit impulslar yaydığından insanları birbaşa öldürmür. Bu o deməkdir ki, Tehranın infrastrukturunun böyük hissəsi dərhal fəaliyyətini dayandıra bilər və bu, İsrail üçün əsas məqam ola bilər.