XƏBƏRLƏR / Münaqişə

PKK-nın 6 terrorçusu məhv edildi

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib

PKK-nın 6 terrorçusu məhv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının altı üzvü zərərsizləşdirilib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

    “Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladığı 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib”, – nazirliyin mətbuat xidməti qeyd edib.