Sərhəddəki atəş vasitəçilərin iştirakı olmadan dayandırılıb
Bunu Ermənistan parlamentinin iqtidar yönümlü deputatı Armen Xaçatryan bildirib
Ermənistan parlamentinin iqtidar yönümlü "Vətəndaş sazişi" fraksiyasının üzvü, Baş nazirin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Armen Xaçatryanın sözlərinə görə, tərəflər aprelin 11-də başlayan atışmanı İrəvan və Bakı nümayəndələri arasında danışıqlardan sonra, vasitəçi ölkələrin nümayəndələrinin iştirakı olmadan dayandırıb.