XƏBƏRLƏR / Münaqişə

Co Bayden Putinə Ukrayna ilə bağlı mesaj göndərdi

ABŞ Prezidenti Konqresə ənənəvi müraciətini edib

Co Bayden Putinə Ukrayna ilə bağlı mesaj göndərdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Co Baydenin Konqresə ənənəvi müracıətini edib. Müraciətdə o xüsusi olaraq Rusiyanın Ukraynaynadakı savaşına toxunub və Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərib.

    Müraciətdə deyilir:

    "Əgər bu zalda kimsə Putinin Ukraynada dayanacağını düşünürsə, o zaman sizi əmin edirəm ki, o, bunu etməyəcək.
    Ancaq Ukrayna Putini dayandıra bilər - əgər biz Ukraynanı dəstəkləsək və onu müdafiə etmək üçün lazım olan silahlarla təmin etsək.
    Ukraynaya yardım bizim qlobal liderlik rolumuzdan qaçmaq istəyənlər tərəfindən əngəllənir.
    Uzun müddətdir tanıdığım prezident Putinə mesajım sadədir: Biz getməyəcəyik! Boyun əyməyəcəyik! Mən boyun əyməyəcəyəm!"

    Baydenin bu sözləri gurultulu alqışlarla qarşılanıb.