XƏBƏRLƏR / Münaqişə

Rusiya ordusu Ukraynada ABŞ-a məxsus müəssisəni vurub

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat paylaşıb

Rusiya ordusu Ukraynada ABŞ-a məxsus müəssisəni vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Ukraynada Amerikaya məxsus elektronik məhsullar istehsal edən müəssisəyə hücum edib.

    Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat paylaşıb.

    Onun sözlərinə görə, bu müəssisə tamamilə mülki məqsədlər üçün fəaliyyət göstərib və heç bir hərbi səciyyəyə malik olmayıb.

    Sibiqa bu hücumun Ukraynada Amerika maraqlarına qarşı ilk hücum olmadığını bəyan edib və bu ilin əvvəlində Kiyevdə “Boeing” ofisinin hədəfə alınmasını xatırladıb.

    Ukrayna XİN rəhbəri ölkəsinin havadan müdafiə sistemlərinin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb.