XƏBƏRLƏR / Münaqişə

İranda İsrailin atdığı partlamamış hərbi sursat partlayıb

Bu haqda İran dövlət televiziyası məlumat yayıb

İranda İsrailin atdığı partlamamış hərbi sursat partlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin iyun ayında Lorestan əyalətinə hücumları zamanı partlamamış hərbi sursatın partlaması nəticəsində 1 uşaq ölüb, 9 nəfər yaralanıb.

    Bu haqda İran dövlət televiziyası məlumat yayıb.

    Məlumata görə, iyun ayında atılan və partlamamış hərbi sursat Beyranşəhr rayonunun kəndlərindən birində partlayıb.

    Partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər yaralanıb.

    Xəsarət alanların hamısının uşaq və yeniyetmə olduğu bildirilir.