İrandan İsrailə növbəti raket buraxılışı qeydə alınıb
Bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb

İrandan İsrailə doğru növbəti raket buraxılışı qeydə alınıb və İsrail ordusu raketlərin qarşısını almaq üçün işə başlayıb.
Bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hazırda İsrailin Tel-Əviv və Hayfa şəhərlərində sirena səsləri yüksəlib.
İranın SNN-in məlumatına görə, İran yaxın saatlarda İsrailə İran ərazisinə edilən hücumlara sarsıdıcı cavab verəcək və Ramat-David aviabazasını vuracaq.