XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-la danışıqları bərpa etməyə hazırdır

Bu haqda “Washington Post“ yazıb

İran ABŞ-la danışıqları bərpa etməyə hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran rəsmiləri vasitəçilərə bildiriblər ki, onlar ABŞ-la danışıqları bərpa etməyə hazırdırlar. Lakin ilk növbədə İsrailin hücumlarını dayandırmasını istəyirlər.

    Bu haqda “Washington Post“ mənbələrə istinadən məlumat verib.

    Nəşrin məlumatına görə, atəşkəs danışıqlarına başlamaq səylərinə Oman və Qətər rəhbərlik edib.

    ABŞ Prezidenti Donald Tramp komandasının üzvlərinə İsrail və İran arasında davam edən münaqişə fonunda İran rəsmiləri ilə mümkün qədər tez görüşməyi tapşırıb.

    Bu barədə "CNN" telekanalı məlumat yayıb.

    “Tramp komandasının üzvlərinə İran rəsmiləri ilə qısa zamanda görüşməyə çalışmağı tapşırıb”, - telekanal mənbəyə məlumat yayıb.

    Məlumata görə, Tramp iranlılarla vasitəçilərin köməyi ilə təmasların bazar ertəsi baş verdiyini etiraf edib.

    Kanadada keçirilən G7 sammitində Avropa liderləri ilə söhbətində Tramp həmkarlarına deyib ki, İsrail və İran arasında atəşkəsə nail olmaq üçün müzakirələr gedir. "CNN" qeyd edib ki, prezident Tehranın İsraillə münaqişəni həll etmək üçün diplomatiyaya ciddi yanaşdığını müəyyən etməyə çalışır.