Misirdən Qəzzaya humanitar yardımlar daxil olmağa başlayıb
Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb
Misirdən Qəzzaya humanitar yardımlar daxil olmağa başlayıb.
Bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.
Humanitar yardım, o cümlədən tibbi ləvazimatlar daşıyan yük maşınları Misirin Rəfahdakı nəzarət məntəqəsindən Qəzza zolağına keçməyə başlayıb.
Misir və Qəzza zolağının sərhədində humanitar yardım daşıyan 200-ə yaxın avtomobil toplanıb.
Bu gün saat 10:00-dan etibarən Rəfah keçid məntəqəsinin açılması barədə Amerikanın İsraildəki səfirliyi məlumat yayıb.
ABŞ və ya digər Qərb ölkələrinin pasportlarına malik fələstinlilərin, eləcə də bəzi humanitar təşkilatların əməkdaşlarının oradan keçərək Qəzzanı tərk edəcəyi gözlənilir.
Bu həftə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Co Bayden Qəzza zolağına humanitar yardım çatdırmaq barədə razılığa gəliblər. ÜST-nin regional fövqəladə hallar üzrə direktoru Riçard Brennanın sözlərinə görə, plana görə anklava gündə 100-ə qədər yük maşını göndəriləcək.