XƏBƏRLƏR / Münaqişə

Saar: Fələstin dövlətinin yaradılması ideyasını rədd edirik

Bunu İsrailin xarici işlər naziri Vaşinqtonda ABŞ dövlət katibi Rubio ilə görüşdən sonra jurnalistlərə deyib

Saar: Fələstin dövlətinin yaradılması ideyasını rədd edirik
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin xarici işlər naziri Qideon Saar Fələstin dövlətinin yaradılması ideyasını rədd edib.

    “Reuters”in məlumatına görə, Vaşinqtonda ABŞ dövlət katibi Rubio ilə görüşdən sonra jurnalistlər Saardan Fələstin dövləti ilə bağlı planın nə olduğunu soruşublar. Cavabında “heç biri olmayacaq” dedi.

    İsrailin xarici işlər naziri danışıqların təfərrüatlarını açıqlamadan Rubio ilə görüşü “çox yaxşı” adlandırıb.