Rusiya Kiyevdə Türkiyənin "Bayraktar" zavoduna zərbə endirdi
Bu barədə Ukrayna mediası yazır

Ukraynanın paytaxtı Kiyevdə yerləşən və işə salınmağa hazırlaşan “Bayraktar” zavodu raket atəşinə məruz qalıb.
Gecə Rusiya "Bayraktar" zavodunu raketlərlə vurduğu iddia edilir. Müəssisə ciddi zədələnib. Müharibə və əvvəlki hücumlara baxmayaraq şirkətə on milyonlarla sərmayə qoyulub, kadrlar hazırlanıb və demək olar ki, tamamlanmış istehsalat obyektləri qurulub.
Bu, son altı ayda zavoda dördüncü raket zərbəsidir.
Ukrayna mediası və “Türkiye Gazetesi” xəbər verir ki, zavoda iki zərbə endirilib, nəticədə milyonlarla dollarlıq investisiyaya ciddi ziyan dəyib.