XƏBƏRLƏR / Münaqişə

ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib

Bu barədə "Financial Times" (FT) qəzeti xəbər yayıb

ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela sahillərinə səkkiz hərbi gəmi göndərib.

    Bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "Financial Times" (FT) qəzeti yazıb.

    Nəşrin məlumatına görə, gəmilərin göyərtəsində bir neçə min amerikalı hərbçi var. Nəşrin müəllifləri regionda dəniz potensialının bu cür artırılmasını qeyri-adi adlandırıblar.

    "ABŞ Hərbi Dəniz Qüvvələri regiona üç idarə olunan raket esminesi, bir amfibiya gəmisi və bir idarə olunan raket kreyseri də daxil olmaqla ən azı yeddi gəmi göndərib. Həmçinin nüvə enerjisi ilə işləyən sürətli hücum edən sualtı qayıq da yerləşdirilib", - nəşr yazır.

    Qeyd olunur ki, iki idarə olunan raket esminesi - USS Jason Dunham və USS Gravely hazırda Venesuela sahillərindədir. USS Sampson esminesi Panamanın cənubunda Sakit okeanda yerləşir. Bundan əlavə, “USS Iwo Jima” desant gəmisi və iki dəstək gəmisi bölgəyə göndərilir. Onların içində ümumilikdə 4500-dən çox amerikalı hərbçi var. Vaşinqton həmçinin Venesuela sahillərinə idarə olunan raket kreyseri USS Lake Erie və nüvə sualtı USS Newport News-u göndərəcək. Səkkiz gəmidən beşi quruda yerləşən Tomahawk qanadlı raketləri ilə təchiz olunub.

    Avqustun 27-də Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto bəyan edib ki, Venesuela Amerika hərbi gəmilərinin Karib dənizinə köçürülməsi ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşlə əlaqə saxlayıb.

    Avqustun 19-da "NBC" telekanalı məlumat vermişdi ki, Pentaqonun narkotik kartellərinə qarşı mübarizəni gücləndirmək üçün Venesuela sahillərinə üç hərbi gəmidən ibarət dəstə göndərilir.