Samvel Babayan ermənilərə Ağdam yolunu təklif etdi
Bu barədə erməni Telegram kanalları məlumat yayıb
Qondarma "DQR"in "Vahid Vətən" "partiya"sının oyuncaq sədri Samvel Babayan Qarabağdakı "humanitar böhran" haqqında danışıb.
"Ticarət hər iki tərəfdən başlamalıdır, həm Ağdamdan, həm də Gorusdan, istəsək də, istəməsək də bu olacaq. Qarabağa hava şarı ilə enənlər fikirləşirlər ki, nümayişlə nəyi isə dəyişə bilərlər, amma dünyada bəlkə də hər gün 200 min insan aclıqdan ölür, beynəlxalq ictimaiyyət isə buna əhəmiyyət vermir. Beynəlxalq ictimaiyyət bu mitinqlərdə maraqlı deyil və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliləyəcək. Niyə insanlara həqiqəti demirsiniz: müharibəni uduzanda oyunun qaydalarını qəbul etməli və bərpa olmağa çalışmalısınız?".
Xatırladaq ki, Samvel Babayan 1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın işğal olunması nəzərdə tutulmuş əməliyyatda həmlələri ilə tanınıb. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilib. 2000-ci ildə Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunub və 15 il həbsə məhkum edilib. Lakin o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilib və azadlığa buraxılıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı oyuncaq DQR-in oyuncaq Təhlükəsizlik Şurasının sədri idi. Lakin Azərbaycanın zəfəri ilə razılaşamayaraq qondarma vəzifsindən istefa vermişdi.