İran atəşkəsi pozdu YENİLƏNİB
İsrailin müdafiə naziri İsrael Katz "yüksək intensivli zərbələr endirməklə qəti şəkildə cavab verməyi” tapşırıb

12:51
İsrailin Baş Qərargah rəisi Eyal Zamir: "İran rejiminin atəşkəsi ciddi şəkildə pozması fonunda biz onlara sarsıdıcı hücum edirik"
***
12:35
İran dövlət televiziyası İranın raket buraxmadığını bildirib.
***
12:16
Atəşkəs pozuldu!
Atəşkəs elanına baxmayaraq, İran İsrailə raket atdı, - İsrail ordusu xəbər verir.
İsrailin müdafiə naziri İsrael Katz deyib ki, o, İsrail ordusuna “İranın atəşkəs rejimini pozmasına Tehranın mərkəzindəki rejim hədəflərinə yüksək intensivli zərbələr endirməklə qəti şəkildə cavab verməyi” tapşırıb, "Times of Israel" xəbər verir.
Müdafiə naziri İsrael Katz deyib: “Mən İsrail Silahlı Qüvvələrinə Tehranın mərkəzində hökumət obyektlərinə yüksək intensivli zərbələr endirməklə İranın atəşkəsi pozmasına cavab verməyi tapşırmışam”.
Xatırladaq ki, atəşkəsin qüvvəyə minməsi nəzərdə tutulandan sonra İrandan İsrailə iki ballistik raket atılıb. Hər ikisi göydə tutulub.