Netanyahu yaxın günlərdə HƏMAS-a təzyiqi artıracaq
İsrailin Baş naziri buna söz verib

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin HƏMAS hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Yaxın günlərdə HƏMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - Netanyahu bildirib.
O, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin müstəsna rolunu vurğulayıb.