XƏBƏRLƏR / Münaqişə

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yaydı

Ankara qərəzli yanaşmaları rədd etdiyini bildirib

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yaydı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyən Xarici İşlər Nazirliyi (XİN) bəzi radikal qüvvələri məmnun etmək məqsədilə 1915-ci ildə baş vermiş hadisələrin təhrif edilməsi ilə bağlı bəyanat yayıb.

    Türkiyə XİN bu kimi qərəzli yanaşmaları rədd etdiyini bildirib.

    Bəyanatda deyilir ki, tarixi faktların təhrif olunması həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə predmeti olduğunu açıq şəkildə qeyd edib.

    “Tarixlə bağlı bu qərəzli bəyanatlar iki icma arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir”, - deyə XİN vurğulayıb.

    Türkiyə XİN bütün tərəfləri Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırıb.