Sülhməramlıların 2 maşını Laçın yolundan maneəsiz keçdi
Ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 32 avtomobil maneəsiz hərəkət edib
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Toplanış yerində nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, iki minik maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Ötən gün isə Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 32 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 37 gündür davam edir.