XƏBƏRLƏR / Münaqişə

ABŞ-ın antiazərbaycan hesabatında erməni izi

Hesabatı Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti hazırlayıb

ABŞ-ın antiazərbaycan hesabatında erməni izi
Daniella Aşbaxyan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Dövlət Departamenti Azərbaycanı dini azadlıqları pozulmuş ölkə elan ediləcək izləmə siyahısına daxil edib.

    ABŞ Dövlət Departamentinin Dini azadlıqlarla bağlı Hesabatı Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti hazırlayıb.

    Hesabatı tərtib edənlərin rəhbərinin etnik mənsubiyyətinə istinad etmək siyasi cəhətdən düzgün deyil (Amerikada, axı onlar amerikalıdırlar), lakin Daniellanın bu təcrübəsində əksini deyir.

    Bu xanım ABŞ-da ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Assambleyasının, həmçinin Livanın Los-Ancelesdəki konsulluğunun direktorlarından biri olub. Yəni, əslində, xarici dövlətdə işlədikdən sonra Aşbaxyan ABŞ hökumətində xidmət etməyə gedib və xarici siyasəti müəyyən edən materiallar tərtib edir - bu, Amerikanın xarici təsir qanunlarına görə qeyri-qanunidir.

    Qeyd edək ki, ABŞ-da 12 ölkəni (Çin, Kuba, Eritreya, İran, Myanma, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan) qara siyahıya salan dini azadlıqlar indeksi var. Və beləliklə, Dövlət katibi Blinken 1991-ci ildən 2020-ci ilə kimi işğal olunmuş Azərbaycan ərazilərində 60-dan çox məscidi dağıdan və təhqir edən Ermənistan olduğuna diqqət yetirmədən Azərbaycanı dini etiqad azadlığı ilə bağlı qara siyahıya namizəd kimi əlavə etmək qərarına gəlib.