ABŞ İrandakı partlayışda İŞİD-i günahkar hesab edir
Məlumatı Amerika mediası yüksək rütbəli ABŞ rəsmisinə istinadən yayıb

ABŞ hesab edir ki, çərşənbə günü İranda baş verən partlayışları İslam Dövləti Terror Qruplaşması həyata keçirə bilərdi.
Amerika mediası yüksək rütbəli ABŞ rəsmisindən sitat gətirib: "Bu, həqiqətən də terror hücumuna bənzəyir. Biz keçmişdə İŞİD-lə oxşar şeylər görmüşük". Bu, "indiki fərziyyədir" deyib.
İran rəsmiləri də Kirmandakı partlayışın terror aktı olduğunu bildirsələr də, bunun arxasında kimin olduğunu açıqlamayıblar.