PKK Şimali İraqdakı qüvvələrini geri çəkdiyini elan etdi
Bu barədə "Əl-Ərəbiyə" məlumat yayıb
Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə ilə sülh prosesini gücləndirmək məqsədilə Şimali İraqdakı əsas sərhəd bölgəsindən qüvvələrini geri çəkdiyini elan edib.
"16 noyabr axşamı etibarilə Qərb bölgəsindəki qüvvələrimiz geri çəkilib", - deyə qrup bəyanatda bildirib və bunu Ankara ilə münasibətlərin normallaşdırılması üçün davam edən səylərə "əhəmiyyətli praktik töhfə" kimi qiymətləndirib.
Əl-Ərəbiyə
1 dəqiqədən az