XƏBƏRLƏR / Münaqişə

Evian-le-Ben merinin qərarı icmamızın hiddətinə səbəb olub

Şəhərin meriyası “Azərbaycan meydanı” adı ilə bağlı bütün lövhələrin götürülməsi ilə bağlı qərar qəbul edib

Evian-le-Ben merinin qərarı icmamızın hiddətinə səbəb olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın Evian-le-Ben şəhərinin meriyasının şəhərdə “Azərbaycan meydanı” adı ilə bağlı bütün lövhələrin götürülməsi ilə bağlı qərarı bu ölkədə yaşayan azərbaycanlı icmasının hiddətinə səbəb olub.

    Fransa Azərbaycanlılarının Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa Parlamentinə, Evian-les-Bains şəhərinin meriyasına ünvanlanmış bəyanatda bu qəbuledilməz hadisə qanunun kobud şəkildə pozulması kimi qiymətləndirilib.

    2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-les-Bains şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanmışdı.

    Qeyd olunur ki, məhz bu nizamnamə əsasında 2017-ci ildə bu şəhərdə “Azərbaycan meydanı” açılıb, burada dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb. ucaldılıb”, - Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Koordinasiya Şurası meriyanın qərarının İcma Məcəlləsinin L. 1115-1 maddəsinə zidd olduğunu vurğulayıb.