XƏBƏRLƏR / Münaqişə

Londonda səfirlikdə şah dövrünün bayrağı asılıb

Bu barədə "Sky News" telekanalı məlumat yayıb

Londonda səfirlikdə şah dövrünün bayrağı asılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib.

    Bu barədə "Sky News" telekanalı məlumat yayıb.

    Məlumata görə, hadisə yerində polis əməkdaşları var.

    Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.