XƏBƏRLƏR / Münaqişə

Rusiya Ukraynaya dəhşətli zərbə endirib

Rusiya Lvova “Oreshnik” raketi ilə zərbə endirib. Kiyevə “Kinjal” və “Kalibr” raketləri atılıb və nəticədə çoxsaylı insan itkisi olub

Rusiya Ukraynaya dəhşətli zərbə endirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:09

    Prezident Vladimir Putinin iqamətgahına Kiyevin hücumuna cavab olaraq Rusiya hərbçiləri Ukraynanın kritik əhəmiyyətli obyektlərinə kütləvi zərbələr endirilib.

    TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.

    Zərbələrin “Oreşnik” raket kompleksi ilə həyata keçirildiyi vurğulanıb.

    ***

    09:15

    Rusiya qoşunları cümə gecəsi Kiyevə dron və raketlərlə hücum edib. Yerli hakimiyyət orqanlarının son məlumatına görə, dörd nəfər ölüb, 16 nəfər yaralanıb.


    Rayon hərbi administrasiyasının rəhbəri Maksim Kozitskinin sözlərinə görə, Lvov bölgəsində Rusiyanın zərbəsi nəticəsində vacib infrastruktur obyektinə ziyan dəyib. Ukrayna mediasının məlumatına görə, Rusiya ordusu Stryiske qaz yatağını və yeraltı qaz anbarını hədəfə almış ola bilər.

    Lvov bölgəsinə hücumdan bir neçə saat əvvəl monitorinq kanalları Rusiyanın Kapustin Yar sınaq poliqonu ərazisində "atipik aktivlik" barədə məlumat vermişdi. Bu poliqondan 2024-cü ilin noyabr ayında Dnepr çayına "Oreshnik" hipersəs ballistik raketi atılmışdı.

    ***

    2026-01-08 22:49

    ABŞ-ın Kiyevdəki səfirliyi yaxın günlərdə Rusiyanın mümkün hücumu barədə xəbərdarlıq edib.

    Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də 9 yanvar gecəsi Rusiyanın Ukraynaya kütləvi hücum riski barədə xəbərdarlıq etmişdi.

    Ukrayna monitorinq resursları kəşfiyyat məlumatlarına istinadən əvvəllər "Oreshnik" raketinin buraxıldığı Kapustin Yar sınaq poliqonunda aktivliyin artdığını bildirib.