İranda parlament təcili toplanıb YENİLƏNİB
Qalibaf: Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu qanuni hədəf olacaq
12:41
İran eyni vaxtda dörd cəbhədə müharibə aparır.
Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

Onun sözlərinə görə, savaşlardan biri İsrail və ABŞ ilə aparılır. "Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir".
Spiker ABŞ-ın etirazlara müdaxiləsinə də toxunub: "Əgər ABŞ İrana hücum etsə, amerikalıların nəzarətə götürdüyü ərazilər və hərbçiləri bizim üçün qanuni hədəfə çevriləcək".
***
11:56
İran parlamentinin bazar günü ölkə daxilində 110-dan çox insanın ölümünə səbəb olan geniş yayılmış etirazlar fonunda təcili iclası başlayıb.
Bu barədə Qərb agentlikləri məlumat yayıb.
"İran parlamenti bazar günü ölkəni sarsıdan davam edən etirazları müzakirə etmək üçün toplaşıb. Qanunvericilər bir dəfə "Amerikaya ölüm!" şüarları səsləndirmək üçün kürsüyə axışıblar", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir. Belə ki, nümayişlərdə 116 nəfər ölüb, onlardan yeddisi 18 yaşdan kiçik, dördü isə yaralılara köməklik göstərən dörd tibb işçisidir.
1 dəqiqə