SDQ kürd silahlıları Hələbdən çıxmaqdan imtina ediblər
Suriya Müdafiə Nazirliyi kürd silahlı qruplaşmalarına tərksilah olmaq və əraziləri tərk etmək əmri verib YENİLƏNİB
16:39
Suriya Demokratik Qüvvələrinin (SDQ) silahlıları əldə olunan razılaşmaya zidd olaraq, Hələbin Şeyx Maqsud məhəlləsindən çıxmaqdan imtina ediblər.
Bu barədə SANA agentliyi məlumat verib.
Mənbələrin bildirdiyinə görə, SDQ silahlıları onları ərazidən çıxartmağa çalışan təhlükəsizlik qüvvələrinə atəş açıblar. Silahlıların təxliyəsi üçün göndərilən avtobuslar isə boş ərazini tərk edib.
Məlumata görə, SDQ üzvləri həmin ərazini tərk etmək istəyən mülki şəxsləri dayandırmaq üçün hədələyirlər.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi Hələbin Suriya Demokratik Qüvvələrinin əlində olan ərazilərində atəşkəs elan edildiyini bəyan edib.
Xatırladaq ki, SDQ-yə verilən vaxt artıq başa çatıb. Suriya ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG mövqelərini bombalamağa başlayıb.
Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 21-ə çatıb, 55 nəfər yaralanıb.
100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk edib.
***
10:52
Suriya Müdafiə Nazirliyi Hələbin kürd məhəllələri yaxınlığında atəşkəs elan edib. SANA-nın məlumatına görə, qərar mülki əhalinin təhlükəsizliyini təmin etmək və yaşayış məntəqələrində daha da gərginləşmənin qarşısını almaq üçün verilib.

Atəşkəs Şeyx Məqsud, Əşrəfiyə və Bəni Zeid rayonlarında yerli vaxtla səhər saat 3:00-də tətbiq olunacaq. Silahlı qruplara 9 yanvar saat 9:00-dək bu əraziləri tərk etmək əmri verilib və onlara yalnız şəxsi yüngül silahlar daşımağa icazə verilir.
Suriya Ərəb Ordusu onların ölkənin şimal-şərqinə təhlükəsiz şəkildə geri çəkilməsini təmin edəcək.
2 dəqiqə