XƏBƏRLƏR / Münaqişə

İran və ABŞ rəsmiləri Omanda danışıqlar aparacaq

YENİLƏNİB

İran və ABŞ rəsmiləri Omanda danışıqlar aparacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:30

    Şənbə günü Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff olacaq.

    Bu barədə İran mənbələri məlumat yayıb.

    Məlumata əsasən, Əraqçi və Uitkoff Tehran və Vaşinqton arasında baş müzakirəçilərdir. Danışıqlar dolayı yolla Omanın xarici işlər naziri Bədr Əl-Busaidi vasitəsilə başlayacaq.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqlar apardığını, şənbə günü yüksək səviyyəli görüşün keçiriləcəyini açıqlayıb.

    Daha sonra Abbas Əraqçi isə İran və ABŞ-ın yüksək rəsmilər səviyyəsində dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəyini bildirib.

    “Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ meydançasındadır”, - nazir deyib.

    ***

    06:21

    İran və ABŞ rəsmiləri aprelin 12-də Omanda danışıqlar apara bilər.

    Bu barədə "The New York Times“ın (NYT) müxbiri Farnaz Fassihi İranın üç yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

    "Üç İran rəsmisi mənə İran və ABŞ-ın bilavasitə danışıqlar üçün şənbə günü Omanda görüşməyi planlaşdırdığını dedi. İran Vaşinqtona bildirib ki, əgər birinci raund uğurlu olarsa, açıq-aydın mövqe dəyişikliyi olarsa, açıq və birbaşa danışıqlara hazırdır", - o “X” hesabında yazıb.