İranın silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirildi
Bu barədə fətvanı İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ hücumunun qorxusundan verib

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ-ın hücumu qorxusu ilə ölkənin silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi, - "Reuters".
İran həmçinin qonşu İraq, Küveyt, Qətər, BƏƏ, Türkiyə və Bəhreynə ABŞ-ın hücumuna hər hansı dəstəyin, o cümlədən ABŞ qüvvələrinin öz hava məkanından istifadəsinə icazə verilməsinin Tehrana qarşı mənbə və ya əraziyə qarşı hərəkət kimi qiymətləndiriləcəyi barədə bildirişlər göndərib.