XƏBƏRLƏR / Münaqişə

HƏMAS İsrail əsilli amerikalı əsiri azad edib

İsrail rəsmiləri hələlik bu məlumatı rəsmən təsdiqləməyib

HƏMAS İsrail əsilli amerikalı əsiri azad edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • HƏMAS 7 oktyabr 2023-cü ildən əsirlikdə olan İsrail əsgəri İdan Aleksandrı Qəzza zolağının cənubunda xüsusi razılaşdırılmış görüş yerində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib.

    "Bir müddət əvvəl İzzəddin əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) İsrail və Amerika vətəndaşlığına malik olan girov İdan Aleksandrı azad edib", - Fələstin hərəkatının bəyanatında deyilir.

    İsrail rəsmiləri hələlik bu məlumatı rəsmən təsdiqləməyib.

    İsrail KİV-lərinin məlumatına görə, əvvəlki hallardan fərqli olaraq, burada heç bir mərasim, mediada işıqlandırma və ya video çəkiliş aparılmayıb - bütün hərəkətlər ABŞ ilə ilkin razılaşmalara uyğun olaraq tam məxfilik şəraitində baş tutub.