Zelenski mayın 15-də Ankarada Ərdoğanla Putini gözləyəcək
Bu barədə Ukrayna Prezidenti keçirdiyi brifinqdə elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə yola düşəcəyi haqda məlumat verib: "Mayın 15-də Ankarada Ərdoğanla görüşüm olacaq, Putinlə görüşü gözləyəcəyik. Əgər Putin Ankaraya uçmağa hazır deyilsə, Ərdoğanla mən İstanbula uçacağıq. Bu görüşün baş tutması üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, Rusiya Prezidenti Putinin Türkiyədə Rusiya-Ukrayna danışıqları keçirmək təklifinə Zelenski Rusiya Prezidenti ilə Ankarada görüşə şəxsən hazır olduğunu bildirib.