Rubio və digər emissarlar Ukrayna üçün İstanbula gedəcək
Bunu ABŞ Prezidenti Donald Tramp deyib

ABŞ Dövlət katibi Marko Rubio və digər rəsmilər Rusiya-Ukrayna müharibəsi ilə bağlı planlaşdırılmış danışıqlar üçün İstanbula gedəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Adamlarımız orada olacaq. Marko Rubio orada olacaq. Digərləri də orada olacaq. Görək bir iş görə biləcəyikmi”, - ABŞ lideri Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli investisiya forumunda deyib.