XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi xəbər verir

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.