XƏBƏRLƏR / Münaqişə

Hələb Universitetinin ərazisi atəşə tutulub, 4 nəfər ölüb

Bu barədə Suriyanın informasiya mənbələri məlumat yayıb

Hələb Universitetinin ərazisi atəşə tutulub, 4 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Cəbhət ən-Nusra" terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.

    Bu barədə Suriyanın informasiya mənbələri məlumat yayıb.

    "Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub", - məlumatda bildirilib.

    Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.