XƏBƏRLƏR / Münaqişə

İsrail qırıcıları Tehrana hücum marşrutunu məşq edib

Bu barədə "Fox News" xəbər yayıb

İsrail qırıcıları Tehrana hücum marşrutunu məşq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail qırıcıları Suriyə və İraq səmasında Tehrana hücum marşrutunu məşq edib

    Fox News-un məlumatına görə, İsrail qırıcıları parlament seçkilərinə bir həftə qalmış Suriyə və İraq səmasında İrana doğru uzanan hava dəhlizində hərbi təlim keçirib.

    Məlumata əsasən, təlim Benyamin Netanyahunun Donald Trampla telefon danışığından bir gün sonra baş tutub. Netanyahu həmin danışıq zamanı Trampa “Başladığımız işi sona çatdırmalıyıq” deyib.

    Son iki həftədə İranın dövlət mediası da dəfələrlə İraq səmasında “düşmənə” məxsus qırıcıların və hərbi təyyarələrin uçuşları barədə məlumat yayıb.