XƏBƏRLƏR / Münaqişə

İsrail Livandakı Rus Evinə zərbə endirdi FOTO

Bu barədə Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov bildirib

İsrail Livandakı Rus Evinə zərbə endirdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Livanın Nabatiye şəhərindəki Rus Evinə zərbə endirdi.


    Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov bildirib ki, İsrail Müdafiə Qüvvələri Livanın Nabatiye şəhərindəki Rus Evinə hücum edib.


    "İsrail təyyarələri Livanın Nabatiye şəhərindəki tərəfdaş Rus Evinə zərbə endirib. <...> Bunlar bizim yaxşı dostlarımızdır; mədəniyyət mərkəzində heç bir hərbi fəaliyyət olmayıb. Zərbə heç bir səbəb olmadan baş verib", - deyə o, Telegram-da yazıb.