Putin və Ərdoğan arasında telefon danışığı olub
Kremlin mətbuat xidməti xəbər verir

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Ankoricdə keçirilən Rusiya-Amerika sammitini dəyərləndirib.
Liderlər Ukrayna ətrafında baş verən son hadisələri müzakirə ediblər. Rusiya tərəfi İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı məmnunluqla qeyd edib.
İkitərəfli gündəlikdəki bəzi cari məsələlərə, o cümlədən ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi məsələlərinə də toxunulub.