Suriya Prezidenti Dəməşqdə amerikalı senatorlarla görüşüb
Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat verib

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şəraa Dəməşqdə ABŞ Nümayəndələr Palatası və Senatının nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat verib.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və daxili işlər naziri Anas Xəttab da iştirak ediblər.
Agentlik görüşlə bağlı digər təfərrüatları açıqlamayıb.
Qeyd etmək lazımdır ki, bu, ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ qanunvericilərinin Suriyaya ilk səfəridir.