İsraildəki savaşla bağlı BMT Təhlükəsizlik Şurası toplaşır
Bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski xəbər verir
İsraildə müharibə: BMT Təhlükəsizlik Şurası təcili toplanır.
BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı iclası oktyabrın 8-də Bakı vaxtı ilə 23:00 keçiriləcək. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz "Teleqram" kanalında bildirib.
“Məlumatı təsdiq edirəm: fövqəladə Təhlükəsizlik Şurasının iclası bazar günü Nyu-York vaxtı ilə saat 15.00-a (Moskva vaxtı ilə 22.00) planlaşdırılır”, - diplomat yazıb.