XƏBƏRLƏR / Siyasət

İrəvan-NATO əməkdaşlığı Cənubi Qafqazda sabitliyi poza bilər

Bu xəbərdarlığı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin edib

İrəvan-NATO əməkdaşlığı Cənubi Qafqazda sabitliyi poza bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın NATO sammitində iştirakı Rusiya tərəfində hədsiz təəssüf doğurur. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə deyib.

    Onun sözlərinə görə, İrəvan problemlərin müzakirəsinə konstruktiv yanaşmadan uzaqlaşıb.


    “Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin tərəfidir... İrəvanın narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, onlar, təəssüf ki, başqa yol seçdi”, - Mixail Qaluzin "RİA Novosti" ilə söhbətində deyib.

    Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, Ermənistan sammitdə iştirakdan başqa NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verir. Onun sözlərinə görə, bu, “NATO standartlarının həyata keçirilməsi”, silahların alınması və ya birgə hərbi təlimlərin keçirilməsinə aiddir. O, bunu “iki stulda oturmaq” cəhdi adlandırıb.

    Mixail Qaluzin fikrincə, Ermənistanla NATO arasında əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazda sabitliyi poza bilər.